Kolumbiyanın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili ADU-da

19:31 | 25.05.2016
Kolumbiyanın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili ADU-da

Kolumbiyanın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili ADU-da

Mayın 25-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Kolumbiyanın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili Marta Galindonu qəbul etdi.
 
Qonağı universitetdə görməkdən məmnun olduğunu söyləyən professor universitet haqqında məlumat verdi. ADU-nun tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında danışan professor Dünyamin Yunusov ali təhsil ocağında müxtəlif ixtisaslar üzrə 22 dilin tədris olunduğunu bildirdi. Professor Dünyamin Yunusov universitetdə mövcud olan fakültələr, dil və mədəniyyət mərkəzlərinin fəaliyyətindən söz açaraq ADU-nun dünyanın bir çox ölkələrinin universitetləri ilə əlaqələrindən də danışdı. ADU-nun elmi fəaliyyəti haqqında məlumat verən professor Elmi hissə tərəfindən nəşr olunan jurnallardan bəhs etdi, universitetin kataloqunu qonağa hədiyyə etdi.

Səmimi qəbula görə öz minnətdarlığını ifadə edən Kolumbiyanın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili Marta Galindo ADU-da olmaqdan şad olduğunu bildirdi. O, Azərbaycanda ispan dilinə böyük marağın şahidi olduğunu söylədi. Təhsil sahəsində çoxsaylı birgə layihələrin həyata keçirilməsi ilə bağlı ideyalarını bölüşən M.Galindo bu istiqamətdə əməkdaşlığın Azərbaycan və Kolumbiya arasında mədəni əlaqələri daha da möhkəmlədəcəyinə inandığını qeyd etdi.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi mövzularında müzakirələr aparıldı.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb