Koreyanın "günəşi" əməliyyat olunub

18:18 | 30.09.2014
Koreyanın "günəşi" əməliyyat olunub

Koreyanın "günəşi" əməliyyat olunub

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In hər iki topuğundan əməliyyat olunub. Bu barədə “Çoson ilbo” qəzeti bu yaxınlarda özünün Şimali Koreyaya səfər etmiş mənbəsinə istinadən məlumat verib. Məlumatı “İnterfaks” yayıb.

Onun sözlərinə görə, KXDR lideri iyunda sağ topuğunu zədələyib, ancaq zədənin müalicəsinə etinasız yanaşıb və bir müddətdən sonra ikinci topuğunu da zədələyib. Kim Çen In sentyabrın ortalarında Pxenyandakı xəstəxanalardan birində əməliyyat edilib və indiyə qədər oradadır ("Trend").

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb