“Koroğlu”dakı yeni tunel nə zaman hazır olacaq?

10:44 | 10.04.2018
“Koroğlu”dakı yeni tunel nə zaman hazır olacaq?

“Koroğlu”dakı yeni tunel nə zaman hazır olacaq?

Bakı Olimpiya Stadionunun qarşısında tikilən avtomobil tunelində aparılan işlərin 80 faizi yekunlaşıb. Yaxın günlərdə işlər tam bitəcək.

Bu sözləri Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli tunel tikintisi ilə bağlı aparılan işlərlə əlaqədar danışarkən deyib. A.Nəcəflinin sözlərinə görə, əsas işlərdən biri olan yolun altındakı tunelin özü qazılıb:

"İşlərin böyük hissəsi görülüb. Ən çətini yerin altından tunelin qazıntısı idi ki, o da yekunlaşıb. Artıq yolun bir tərəfi o biri tərəfinə birləşdirilir”.

Agentlik sözçüsü əlavə edib ki, aparılan işlər təqribən 1-1,5 aya tam olaraq yekunlaşdırılacaq.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunun qarşısında tikilməkdə olan avtomobil tuneli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə inşa edilir. Məqsəd günün pik saatlarında "Koroğlu" metro stansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır. Tunel hazır olanda avtomobillər Ziya Bünyadov prospektindən sağa - Olimpiya kəndi istiqamətinə - dairədən dövrə vuraraq, Ziya Bünyadov prospektinin altından keçməklə, Bakı Olimpiya Stadionunun arxasından hava limanı istiqamətinə hərəkət edə biləcəklər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb