Kürdlərin Türkiyə hökumətinə nifrətinin 7 səbəbi

15:23 | 02.10.2014
Kürdlərin Türkiyə hökumətinə nifrətinin 7 səbəbi

Kürdlərin Türkiyə hökumətinə nifrətinin 7 səbəbi

Türkiyənin "Hürriyyət" qəzetinin yazarı Əhməd Hakan kürd hərəkatının hökumətə nifrət bəsləməsinin səbəblərini yazıb. 

Avropa.info-nun məlumatına görə, Əhməd Hakan, bildirib ki, IŞİD Suriya kürdlərinə hücum  etdiyi üçün kürd hərəkatı Türkiyənin dolayı yollarla IŞİD ilə əlaqəsi olduğunu düşünür. 

Lakin yazar Türkiyənin arxa planda başqa bir mövqe nümayiş etdirdiyini bildirib və kürdlərin hökumətə hiddətinin yeddi səbəbini sıralayıb:

 1. Hökumətin IŞİD-ə dolayı və ya birbaşa dəstək olduğunu düşünürlər.

 

 2. Hökumətin Türkiyə kürdləri ilə Suriya kürdləri arasındakı qohumluğu, əməkdaşlığı və yaxınlığını qəbul etmədiyinə inanırlar.

 

 3. Düşünürlər ki, hökumət Suriyada bir kürd rəhbərliyinin qurulmasına qarşıdır.

 

 4. Hökumətin "Türkiyə kürdləri ilə sülh, Suriya kürdləri ilə müharibə" siyasəti apardığını düşünürlər.

 

 5. Düşünürlər ki, hökumət IŞİD-in sərhəddən içəri girməsinə göz yumur, kürdləri isə sərhəddən uzaq tutur. 

 

 6. ABŞ-ın İŞİD-i vurmasına hökumətin mane olduğunu fikirləşirlər.

 7. ABŞ-ın IŞİD-ə qarşı kürdlərlə birləşməsinə hökumətin mane olduğunu zənn edirlər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb