Kremlin İrəvana son zəngi

16:06 | 30.09.2014
Kremlin İrəvana son zəngi

Kremlin İrəvana son zəngi

Tezliklə, Qarabağ məsələsi birdəfəlik həll edilə bilər

Hələ az əvvəl Ermənistana bir ajiotaj hakim idi. Siyasətçilər ağızdolusu danışırdılar ki, artıq Dağlıq Qarabağın beynəlxalq toplum tərəfindən suveren dövlət kimi tanınması üzrə ermənilərin çoxdan gözlədikləri proses başlayıb. Düzdür, həmin vaxt Amerika hakimiyyəti bildirirdi ki, Kalifoniya ştatı tərəfindən Dağlıq Qarabağın tanınmasının bir qəpik qiyməti yoxdur, amma İrəvanda ajiotaj davam edirdi. 

Daha sonra erməni dövrü mətbuatında məlumatlar yer almağa başladı ki, bəs, hansısa da kiçik şəhərcik, prospekt və ya hətta küçə Dağlıq Qarabağın müstəqilliyini tanıyıb, amma sonra birdən hamı susdu. 

Ermənilər onda özləri də Dağlıq Qarabağı tanımaq qərarına gəldilər, amma birdən hamı fikrini dəyişdi, sanki nədənsə qorxdular. Amma Rusiya heç nədən qorxmadı, Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıdı. Görünür, erməni siyasətçiləri ya qorxudan qarın ağrısına düşüblər, ya da mənim çox sevdiyim jurnalist Kənan Quluzadənin yazdığı kimi, ermənilərin buna lazımi çanaq-bud oynağı çatmayıb. Mənim fikrimcə, bu, çox dəqiq tibbi diaqnozdur. 

Son 15 ildə İrəvan dəfələrlə Dağlıq Qarabağın tanınması üzrə addımlar atıb. Bu məsələ dəfələrlə parlamentin sessiyasına çıxarılıb. Bəs, niyə bu baş tutmayıb? Bu məsələ dəfələrlə parlamentin sessiyasına çıxarılıb. Hansısa yüksək çinli məmur Kremldən İrəvana zəng edib və əmr edib ki, "Bəsdir, axmaqlıq etdiniz, işlə məşğul olun".

Axır Rusiyaya bu cür vəziyyət - nə müharibə, nə sülh vəziyyəti əlverişlidir. Bir tərəfə top, o biri tərəfə isə tank, bir tərəfə helikopter, o biri tərəfə isə təyyarə satır. Hətta bu yaxınlarda Bakıya gəlmiş Jirinovski açıqca bildirdi ki, Qarabağ münaqişəsi Putinin səlahiyyətindədir. 

Amma son zamanlarda hətta Kreml də yavaş-yavaş Qarabağı Ermənistandan ayırmağa başlayır. Bunun ən yaxşı sübutu Avrasiya İttifaqıdır, İrəvanı ora Qarabağla birlikdə buraxmadılar. Amma bu fonda Rusiya ilə Azərbaycan arasında əlaqələr yetərincə möhkəmlənir. Yalnız son bir ay ərzində buraya çox sayda yüksək çinli Rusiya məmurları gəliblər. İşgüzar və iqtisadi əlaqələr möhkəmlənir, ticarət dövriyyəsi artır. Elə Rusiya və Azərbaycan prezidentlərinin dünən Həştərxanda keçirilmiş ikitərəfli görüşündə bu barədə danışıblar. Köhnə dövrlərdə olduğu kimi Bakı bu gün Moskvaya meyvə və tərəvəz göndərir, halbuki lap yaxınlara kimi azərbaycanlıları Moskva bazarlarından qovurdular.

Təbii ki, baş verənləri çox diqqətlə və həyəcanla İrəvandan da izləyirlər. Burada hətta bir çox ekspertlərdə belə bir fikir yaranıb ki, Ermənistan Rusiyanı bezdirməyə başlayır. Moskvanın İrəvana iri maliyyə yardımları heç bir nəticə verməyib və bu Cənubi Qafqaz respublikasının iqtisadiyyatı getdikcə bataqlığa yuvarlanır. 

Yeni Avrasiya İttifaqında yaxış başa düşürlər ki, Ermənistan əl açıb dilənən ölkədir və onun yerində Azərbaycanı görmək istəyərdilər. Amma Bakı öz yolunu seçib, heç bir blok və ittifaq olmayacaq, yalnız ikitərəfli münasibətlər. Zaman göstərdi ki, bu doğru seçimdir. 

Amma qayıdaq Dağlıq Qarabağa. Mənə şəxsən elə gəlir ki, tezliklə bu məsələ birdəfəlik həll edilə bilər. 

Və bu, heç də ATƏT-in Minsk qrupunun və ya başqa sülhməramlı beynəlxalq təşkilatların səyləri ilə baş verməyəcək. Böyük ehtimalla, yenə də Kremldən İrəvana zəng gələcək və deyəcəklər: "Yetər! Siz bir erməni dövlətini normal qura bilmirsiniz. Tezliklə Moskvadakı erməni sayı Ermənistandakını ötəcək. Siz hələ hansısa ikinci erməni dövlətindən danışırısınız, işlə məşğul olun". 

Deyəcəksiniz ki, bu, fantaziyadır. Ola bilər. Amma olmaya da bilər. Zamanında Rusiya Dağlıq Qarabağı tutmaqda Ermənistana kömək etmişdi. Rusiya ordusunun bədnam 366-cı alayını xatırlayın. Niyə xoş münasibətlərimiz olduğu deyilən bu ölkə erməni işğalçıları qan tökmədən bu dağlıq diyardan çıxarmaqda Azərbaycana dəstək verməsin?.. 

ANSPRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb