Kriminal avtoritet "Gəncinski" saxlanıldı: Görün evindən nələr çıxdı - FOTOLAR

18:25 | 21.01.2020
Kriminal avtoritet

Kriminal avtoritet "Gəncinski" saxlanıldı: Görün evindən nələr çıxdı - FOTOLAR

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş "Osman Gəncinski" kimi tanınan 28 yaşlı Osman Mərdənov saxlanılaraq Polis İdarəsinə gətirilib.
Bu barədə Anews.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat daxil olub. 
Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd üzərində "Makarov” sözü yazılan, qaz tapançası aşkar olunaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı evə baxış keçirilən zaman sellofan torbaya bükülmüş, buraxılış ili və nömrəsi silinmiş "Kalaşnikov AK 74” markalı avtomat, 1 ədəd həmin avtomata aid daraq və 30 ədəd 5.45 mm kalibirli avtomat güllələri müsadirə edilib. 
Faktla bağlı araşdırmalar davam etdirilir.
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb