Rusiya Qarabağın böyük hissəsini Azərbaycanın Azərbaycanın nəzarətinə qaytaracaq.
"Bununla yanaşı, bu plan heç də Qarabağın Ermənistanın siyasi nəzarətinə verilməsini nəzərdə tutmur",- deyə İqor Muradyan vurğulayıb.
İqor Muraydan tezliklə Dağlıq Qarabağ üzrə status-kvonun saxlanmasına xidmət edən Minsk qrupunun da tarixə qovuşacağını bildirib: "İş o yerə çatıb ki, Minsk qrupunun ləğvi və regional "sxodka" ilə əvəzlənməsi barədə təkliflər irəli sürülür. Yəni ABŞ-ın oyundan çıxarılması ilə bağlı Moskvanın növbəti sifarişi yerinə yetirilir",- deyə İqor Muradyan Rusiya prezidenti Vladimir Putinin yanında vətəndaş cəmiyyətinin inkişafı və insan haqları şurasının üzvü, tanınmış ictimai xadim Maksim Şevçenkounun Rusiyanın Birinci kanalında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dediyi sözlərə işarə vurub.
Maraqlıdır ki, bu fikir Dağlıq Qarabağın Azərbaycandan qoparılması üzrə hərəkatın bir çox keçmiş liderləri tərəfindən vurğulanır. Məsələn, bir vaxt işğal rejimin "xarici işlər naziri" işləmiş Arman Melikyan da KTMT-nin münaqişəni həlli ilə bağlı bağlı son bəyanatını bu cür dəyərləndirib.
Minsk toplantısında bəyanat verən KTMT Şurası münaqişənin həllində Madrid prinsiplərini dəstəklədiyini vurğulamışdı. "1in.am"a müsahibə verən Arman Melikyan bunu Ermənistanın Qarabağ üzərində nəzarəti itirməsi kimi dəyərləndirib. Onun fikrincə, bu, bir daha göstərir ki, "münaqişənin yeganə həqiqi həlli 8 min kvadratkilometrinin Azərbaycana qaytarılmasıdır".
Melikayan 8 min kvadrat kilometr dedikdə Dağlıq Qarabağ ətrafındakı torpaqlardan bəhs edir. Ümumiyyətlə, Ermənistan 12 min kvadrat kilometr Azərbaycan ərazisini işğal edib ki, bunun təxminən 4 min kilometri keçmiş Dağlıq Qarabağ ərazisidir.
Onun fikrincə, rəsmi Bakı bunun əvəzində ermənilərə yalnız keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində özünü idarə etmə hüququ verəcək: "Bu da yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, yəni istisna olaraq müxtariyyət statusunda olacaq".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !