Rayon başçısı yerli sakinləri təhqir etdi - FOTO

11:14 | 06.08.2018
Rayon başçısı yerli sakinləri təhqir etdi -  FOTO

Rayon başçısı yerli sakinləri təhqir etdi - FOTO

Rusiyanın Tver vilayətində qeyri-adi qalmaqal baş verib.
 
Virtualaz.org yerli "Karavan+Ya” nəşrinə istinadən xəbər verir ki, regionun Oleninsk rayonunun başçısı Oleq Dubov Xolmets kəndinə gələrək, küçə fənərinin təntənəli açılışında iştirak edib.
 
O.Dubov qırmızı lenti kəsdikdən sonra yerli sakinlərin iradları ilə üzləşib. Ona bildiriblər ki, nəyə görəsə bu küçə fənəri yolu deyil, yaxınlıqdakı evi işıqlandırır.
 
Yerli sakinlərin iradlarına təəccüblənmiş rayon başçısı camaatı küçə söyüşləri ilə təhqir edib və bildirib ki, bu məsələni "onların ağlı kəsməz”. Kəndi tərk edərkən Oleq Dubov bundan sonra rayon büdcəsindən həmin kəndə pul ayrılmayacağını deyib.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb