• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatr fevral ayında maraqlı repertuarla çıxış edəcək

Musiqili Teatr fevral ayında maraqlı repertuarla çıxış edəcək
26.01.2016 18:50

Azərbaycan Dövlət Musiqili Teatrı sevimli tamaşaçıları qarşısında fevral ayında da maraqlı və zəngin repertuarla çıxış edəcək.
 
ANN.Az xəbər verir ki, qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, ilin ən qısa ayı olan fevralda Musiqli Teatrda təqribən 20 tamaşa nümayiş olunacaq. Bu ay da tamaşaçılara hər zaman maraqla izlədiyi bir sıra tamaşalar - "O olmasın, bu olsun” (Ü. Hacıbəyli), "Ər və arvad” (Ü. Hacıbəyli), "Toya bir gün qalmış” (Ə. Səmədli), "Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), "www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), "Kimdir müqəssir?” (Ə. Haqverdiyev), "Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov), "Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev) və başqa səhnə əsərləri təqdim ediləcək. Habelə rus dilli və balaca tamaşaçılar "Qafqazlı qardaşqızı” (R. Hacıyev), "Skapenin kələkləri” (J.B. Molyer), "Düyməcik” (H.K. Anderson), "Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), "Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), "Bir dayan, canavar” (R. Ağayeva, A. Xayt, A. Kurlyanski), "Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və başqa tamaşaları izləyə biləcəklər. Qeyd edək ki, hal-hazırda Azərbaycan Dövlət Musiqili Teatrında bir neçə yeni tamaşa hazırlanır.
 
Fevral ayında həmin tamaşalardan birinin – Xalq yazıçısı Elçinin hekayələri əsasında səhnələşdirilmiş "Baladadaşın toy hamamı” lirik komediyasının (bəstəkar Firudin Allahverdi) premyerasının keçirilməsi nəzərdə tutulur. Hazırda tamaşanın son məşqləri gedir. Premyerayla bağlı əlavə məlumat veriləcəkdir.
 
Tamaşaçılar fevral ayı ərzində Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Nahidə Orucova, Cingiz Əhmədov, Nərgiz Kərimova, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, Svetlana Bulax, Əzizağa Əzizov, Emma Məlikova, Boris Qrafkin, Səmayə Musayeva, eləcə də gənc və istedadlı aktyorlar Ülviyyə Əliyeva, Emil Heydərov, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Gülnarə Əzimova, Əlif Cahangirov, Elnarə Nağdəliyeva və başqalarının ifalarını izləyə biləcəklər. Azərbaycan Dövlət Musiqili Teatrı vaxtını səmərəli və xoş ovqatla keçirmək istəyən hər kəsi fevral ayında təqdim edəcəyi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. 5 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından əldə etmək olar.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol