Rusiyanın tanınmış aktrisası vəfat etdi

Rusiyanın tanınmış aktrisası, bu ölkənin əməkdar artisti Nataliya Kraçkovskaya vəfat edib.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, aktrisa 78 yaşında dünyasını dəyişib.
O, ürək xəstəliyindən əziyyət çəkirdi.
Fevralın 28-də mikro-infarkt keçirən aktrisa xəstəxanaya yerləşdirilib. 4 gün reanimasiyada qalan Nataliya Kraçkovskayanı xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Nataliya Kraçkovskaya keçmiş SSRİ məkanının tanınmış aktrisası olub. 80-dən çox bədii filmdə çəkilən aktrisanın ən məşhur rolları "İvan Vasiliyeviç peşəsini dəyişir" "12 stul", "Bu, şən planet" və s. filmlərdə ifa etdiyi obrazlar olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















