• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini: Xalq mahnılarımıza ermənilər tərəfindən təcavüz edilir

Nazir müavini: Xalq mahnılarımıza ermənilər tərəfindən təcavüz edilir
04.03.2016 13:48
Azərbaycan musiqisinin dünyada və respublikada geniş miqyaslı təbliğinə nail olmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundzadə adına Milli Kitabxana tərəfindən "Azərbaycan musiqi irsinin dünyada təbliği" layihəsi hazırlanıb.

Trend-in məlumatına görə, layihənin təqdimat mərasimində çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, "Azərbaycan musiqi irsinin dünyada təbliği" layihəsi çərçivəsində beynəlxalq musiqi saytı olan www.impls.org saytında Azərbaycanın 30 bəstəkarının 150-dək əsərinin notlarının, habelə 25 Azərbaycan xalq mahnısının, Azərbaycanın korifey ifaçılarının - Bülbül, Xan Şuşinski, Habil Əliyev, Ağaxan Abdullayev, Lütfiyar İmanov və başqalarının səs yazıları və onların ifasında səslənən musiqilər mp-3 formatında yerləşdirilib.

Burada həmin musiqilərlə, eyni zamanda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş "Humayun"la yanaşı, hər bir musiqi aləti haqqında, onların milli musiqi alətimiz olması haqqında annotasiya, qısa məlumatlar və s. yerləşdirilib.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib ki, qədim tarixə malik olan Azərbaycan musiqinin əsl yaşı bilinmir: "Böyük bəstəkar Üzeyir Hacıbəyovun də yazdığı hər bir notun altında minillik, bəlkə də on min illik tarix yatır. 1988-ci ildən sonra Azərbaycan-Ermənistan münaqişəsi başlayandan sonra aparılan bütün provakasiyalar həm də bizim musiqimizə qarşı yönəlib. Azərbaycan musiqiləri utanmadan erməni musiqiləri kimi təqdim edilir, ermənilərin adına çıxarılır və ifa edilir. Əslində, bizim xalq mahnılarımıza ermənilər tərəfindən təcavüz edilir. Buna qarşı Müəllif Hüquqları Agentliyi tərəfindən mübarizə aparılır. Bizim agentliklə birgə səyimiz nəticəsində bəzən hansısa proseslərin qarşısını almağa çalışırıq, bəzilərinin isə qarşısını ala bilmirik. Çünki burada gözə görünən və görünməyən faktorlar var".

Nazir müavini bildirib ki, bu layihə Azərbaycan musiqilərinin dünyada tanıdılması istiqamətində olan işlərin birinci pilləsi kimi qəbul edilməli və bu işlərin davamı həyata keçirilməlidir.

Ə.Vəliyev deyib ki, hansısa kino xatirələr, Azərbaycan bəstəkarlarının hansısa mahnı notları evlərdə saxlanıla bilər. Bunların kitabxanaya təhvil verilməsini zəruri sayan nazir müavininin sözlərinə görə, bütün bu işlər Azərbaycan musiqisinin qorunmasına xudmət edir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol