Azərbaycanda qeyri-adi festival

Sentyabrın 8-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Lerik rayonunda Uzunömürlülərin Yaradıcılıq Festivalı keçirildi. ANN.Az xəbər verir ki, Lerik uzunömürlülər diyarı kimi təkcə ölkəmizdə deyil, onun sərhədlərindən kənarda da tanınır. Bu baxımdan rayonda belə bir festivalın təşkil olunması təsadüfi deyil. Tədbirə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Lerik və qonşu rayonların ictimaiyyət nümayəndələri, eləcə də paytaxt Bakıdan incəsənət xadimləri, media mənsubları qatılmışdı. Tədbir çərçivəsində ölkənin 8 bölgəsinin mətbəxini əhatə edən plov festivalı da keçirildi. Günün sonunda Azərbaycan mətbəxinin təbliği məqsədilə Milli Kulinariya Mərkəzi ilə birgə keçirilən plov festivalının qalibləri elan olundu. Bu yarışmada 8 rayonunun - Lerik, Masallı, Cəlilabad, Salyan, Astara, Yardımlı, Biləsuvar və Balakən kulinarlarının hazırladığı 33 növ plov və rayonlarının özünəməxsus mətbəxi nümayiş etdirilirdi. Milli Kulinariya Mərkəzinin ekspertləri tərəfindən plovlar qiymətləndirildikdən sonra qaliblərə medallar, fəxri diplomlar və festivalın sponsorları tərəfindən mükafatlar təqdim olundu. Plov festivalının qalibi Lerik rayonunu təmsil edən usta aşpaz Hacı Zərrup oldu. İkinci yeri Masallı, üçüncü yeri Cəlilabad aşpazları tutdu. Tədbirə dəstək verən Lerik Rayon İcra Hakimiyyətinə, «Relax» istirahət mərkəzinə, «Millennium» turizm şirkətinə, «Azersun Holdinq»ə və «Septr» şirkətinə Milli Kulinariya Mərkəzinin fəxri diplomları təqdim edildi. Festival incəsənət nümayəndələrinin, muğam ifaçılarının musiqi nömrələri və Sumqayıt Dövlət Musiqili Komediya Teatrının aktyorları tərəfindən hazırlanmış əyləncəli proqramla axşam saatlarına qədər davam etdi. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















