• $
  • €
  • ₽
  • ₺
  • £

Emin Ağalarov Rusiyanın ən uğurlu gənc mədəniyyət xadimləri siyahısında

Emin Ağalarov Rusiyanın ən uğurlu gənc mədəniyyət xadimləri siyahısında
25.06.2020 15:33
"Forbes” Rusiyanın yaşı 40-dan az olan ən uğurlu mədəniyyət, moda və idman xadimlərinin siyahısını hazırlayıb.

Bu barədə nəşrin rəsmi saytında məlumat yerləşdirilib.

Siyahıya gəlirləri illik bir milyon dollardan az olmayan şəxslər daxil edilib. Həmçinin KİV-də və sosial şəbəkələrdə istinad baxımından hesablanan populyarlıq, internetdə axtarış, "Instagram” və "Youtube” izləyicilərinin sayı da meyar olaraq qəbul edilib. Reytinq iştirakçılarının orta yaşı 32 olub.

İlk pillədə döyüşçü Həbib Nurməhəmmədov, ikinci yerdə teleaparıcı Olqa Buzova, üçüncü yerdə müğənni Yeqor Krid, dördüncü yerdə hokkeyçi Aleksandr Oveçkin, beşinci yerdə isə Kseniya Sobçak qərarlaşıblar.

2020-ci ildə siyahıya beş yeni sima daxil olub: Artemi Panarin (9-cu), tennisçi Danil Medvedev (12-ci), müğənni Zivert (15-ci), repçi "Morgenstern” (21-ci), "Comedy Woman”ın rezidenti Yekaterina Varnava (37-ci).

Daha altı ulduz reytinqə 2010-2018-ci illər siyahısından qayıdıb: boksçu Sergey Kovalyov (22-ci), futbolçular Fyodor Smolov (28-ci), Aleksandr Qolovin (32-ci), aktyor Danil Kozlovski (35-ci) və reper "Noize MC3” (38-ci).

Reytinqə həmçinin Timati, Basta, Dima Bilan, Polina Qaqarina, Sergey Lazarev, Artyom Dzyuba, Yevgeni Malkin, İrina Şeyk, Anastasiya İvleyeva, "Little Big”, Yuri Dud, Qarik Harlamov, Sergey Kovalyov, Karen Xaçanov, "Wylsacom”, Mariya Şarapova, Elcey, Semen Slepakov, Emin Ağalarov, Mixail Qalustyan, Alina Zagitova, Aleksandr Petrov, Mot, Natalya Vodyanova, İda Qaliç və Danil Trifonov da daxil olublar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol