Aqşin Yeniseydən xəbər var

Gənc şair Aqşin Yeniseyin vəziyyəti xeyli yaxşılaşıb.ANN.Az xəbər verir ki, bu haqda Axar.az-a hazırda Gömrük hospitalında müalicə olunan şairin özü deyib:“Gördüyünüz kimi, səhhətimdə xeyli irəliləyiş var. Analizlərin cavabı sevindiricidir. Həkimim dedi ki, qara ciyərim xəstəliyimlə əlaqədar olaraq 8 sm sallanıb. Hazırda norma bərpa olunur. Ciyərim öz yerinə qayıdır, funksiyalarını yerinə yetirməyə başlayır. Həkimlərin dediyinə görə, 3-4 günə tam sağlam vəziyyətdə evə buraxılacam”.Qeyd edək ki, may ayının 23-də şair A.Yeniseyin səhhəti qəflətən pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Gənc şair qaraciyər serrozu və sarılıq xəstəliyindən əziyyət çəkir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















