Mirzə Şəfi Vazehin Avropadakı əlyazmaları Azərbaycana gətirilib

Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Bölməsi görkəmli mütəfəkkir, ədəbi xadim Mirzə Şəfi Vazehin Avropanın mötəbər elm və mədəniyyət mərkəzlərində mühafizə edilən 20-dən çox elmi və ədəbi mövzulardakı əlyazmaları, ədibin şeir və nəğmələrinə həsr edilmiş onlarla klassik musiqi əsərinin tarixi not nümunələri və yazıları Gəncə şəhərinə gətirib.AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, prezident İlham Əliyevin sərəncamı ilə ədəbi xadim Mirzə Şəfi Vazehin 220 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi qərara alınıb. Bu sərəncama müvafiq olaraq, irsi əsasən Qərbi Avropada tədqiq edilmiş görkəmli ədibin iki əsr əvvəl Almaniyaya aparılıb və müəyyən təhriflərə məruz qalmış dəyərli əlyazmalarının surətlərinin, eləcə də Mirzə Şəfi yaradıcılığının elmi cəhətdən araşdırılmasına həsr edilmiş monoqrafiyaların, kitabların onun doğma yurdu Gəncə şəhərinə gətirilməsi təşəbbüsü irəli sürülüb. Buna əsasən, Almaniyanın Prussiya mədəni irsi Mərkəzi, Berlin Dövlət Kitabxanası kimi mühüm elmi mərkəzlərindən, arxivlərindən artıq 30-a qədər əski Azərbaycan və ərəb əlifbası ilə yazılmış əlyazmaları, həmçinin Almaniyanın Payne şəhərində mövcud olmuş Mirzə Şəfi adına mehmanxananın elmi ictimaiyyət üçün indiyədək məlum olmayan foto şəkli, eləcə də Avropada çap edilmiş və Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı ilə bağlı mühüm tarixi məlumatları özündə əks etdirən elmi və ədəbi nəşr nümunələri Gəncəyə gətirilib. Bundan əlavə, ilk dəfə olaraq ərəb, fars və alman dillərində olan əlyazmaları, Mirzə Şəfi Vazehin müəllifi olduğu şeirlərə bəstələnmiş musiqi əsərlərinin not yazıları surətlərinin Azərbaycan dilinə tərcümə edilərək elmi ictimaiyyət və geniş oxucu kütləsinə yeni, nəfis nəşrlər şəklində təqdim edilməsi işlərinə başlanılıb. AMEA Gəncə Bölməsi tərəfindən bu görkəmli mütəfəkkirin həyat və yaradıcılığı ilə əlaqədar mötəbər mənbələrə, arxiv materiallarına istinad edilməklə tarixi-etnoqrafik, filoloji səciyyəli elmi əsərlərin əcnəbi dillərdə nüfuzlu xarici nəşrlərdə çap edilməsi işləri də həyata keçirilir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















