Azərbaycanın Xalq artisti 79 yaşını qeyd edir

Bu gün Azərbaycanın Xalq artisti Muxtar Maniyevin doğum günüdür. 157 filmdə, 20 tamaşada rol alan, sadəliyi, səmimiliyi ilə seçilən, uzun müddətdir ki, efirlərdə görünməyən xalq artsiti Muxtar Maniyev bu gün 79 yaşını qeyd edir. Muxtar Maniyev 1935-ci ildə Bakı şəhərində doğulub. Aktyorun kinoya gəlişi “Koroğlu” filmi ilə olub. Hüseyn Seyidzadənin bu filmində Maniyev dəmirçi oğlu Poladı canlandırır. Daha sonra “Bizim Cəbiş müəllim”, “Ölsəm bağışla”, “Bəxt üzüyü”, “Bəyin oğurlanması”, “Bakıda küləklər əsir”, “Babək”, “Nəsimi”, “Qərib cinlər diyarında”, “İnsan məskən salır” kimi ekran əsərlərində yadda qalan obrazlar yaradıb. Filmlərdə bəzən fırıldaqçı, bəzən dəyərli insan kimi görünərək silinməz iz qoyub.50 ildən artıq yaradıcılığı dövründə sənətkar 157 filmdə, 20 tamaşada rol alıb. İstər kinoda, istərsə də teatrda bu qədər rol yaratmaq hər aktyora nəsib olmur. Onu Azərbaycan filmlərinin demək olar ki, əksəriyyətində görmək mümkündür. Xatırladaq ki, Muxtar Maniyev 50 yaşında əməkdar, 65 yaşında xalq artisti adına layiq görülüb.//Anspress
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















