• $ 1.7
  • € 1.9277
  • ₽ 0.020509
  • ₺ 0.0444
  • £ 2.256

Şuşa haqqında yeni və maraqlı layihə işıq üzü görüb

Şuşa haqqında yeni və maraqlı layihə işıq üzü görüb
09.05.2024 09:38
Səhnə adı SİVVA olan bəstəkar-müğənni Sevinc Ağasıyeva "Sabahın xeyir, Şuşa” adlı yeni mahnı və klipini təqdim edib.
 
Mahnının  sözləri şair Əyyub Qiyasa, musiqisi Sivvanın özünə aiddir. Həzin, eyni zamanda vətənpərvərlik ruhunda olan mahnıya klip də lentə alınıb. 

Ekran işinin rejissoru Emin Muradovdur. Klipdə Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Pənah Məmmədovun obrazı canlandırılıb, eyni zamanda onun real kadrları yer alıb. Çəkilişlərin bir hissəsi şəhidin təhsil alıdığı Şəki rayonu Orta Zəyzid kənd orta məktəbində, əsas hissəsi isə Şuşada - Cıdır düzü, Molla Pənah Vaqifin məqbərəsi, , Yuxarı Gövhərağa məscidi və digər yerlərdə aparılıb. 

Layihənin məqsədi Vətən savaşında şəhidlərimizin qəhrəmanlığını işıqlandırmaq və əzəli Azərbaycan torpağı olan Şuşa haqda yaddaqalan iş ərsəyə gətirməkdir. Əsas mesaj isə budur. Qarabağ xanlığı və Şuşa şəhərinin qurucusu Pənahəli xanın yurdu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz, həmçinin Pənah Məmmədov kimi şəhidlərimizin sayəsində işğaldan azad olunub. 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
Mədəniyyət 17:54
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
"Mədəniyyət" qəzeti bağlanıb
Mədəniyyət 14:17
"Mədəniyyət" qəzeti bağlanıb
Ziyadxan Əliyev vəfat edib
Cəmiyyət 22:32
Ziyadxan Əliyev vəfat edib
Ənvər Həsənov vəfat edib
Mədəniyyət 21:07
Ənvər Həsənov vəfat edib
Azərbaycanda "Milli Teatr Günü"dür
Mədəniyyət 10:05
Azərbaycanda "Milli Teatr Günü"dür

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Mədəniyyət 09:21
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mədəniyyət 23:44
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Mədəniyyət 16:21
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Şamil Buksayev vəfat edib
Mədəniyyət 23:30
Şamil Buksayev vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol