• $
  • €
  • ₽
  • ₺
  • £

Mexikoda Fikrət Əmirovun əsəri təqdim olundu

Mexikoda Fikrət Əmirovun əsəri təqdim olundu
03.03.2015 11:59
Meksika paytaxtında Azərbaycanın böyük bəstəkarı Fikrət Əmirovun "Fortepiano və orkestr üçün ərəb mövzularına konsert” adlı əsəri təqdim olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən "Report”a verilən məlumata görə, əsər ölkənin paytaxtı Mexiko şəhərində Livan Respublikasının Milli bayramı çərçivəsində Livan mədəniyyəti günləri zamanı təqdim edilib.

"Fortepiano və orkestr üçün ərəb mövzularına konsert” adlı əsər Mexiko Şəhər Filarmonik Orkestrinin ifasında təqdim olunub. Orkestr tərəfindən, həmçinin livanlı bəstəkar Camal Əbül Hüsn və Belçika əsilli Fransa bəstəkarı və orqanisti Sezar Frankın əsərləri də ifa edilib. Orkestri livanlı bədii rəhbər və baş dirijor, Lubnan Baalbaki idarə edib.
F.Əmirovun "Fortepiano və orkestr üçün ərəb mövzularına konsert” əsəri dərin məzmunu, zənginliyi, incəliyi, parlaq və şəffaf orkestrləşdirilməsi, təravətliliyi və sözün əsl mənasında xəlqiliyi ilə dinləyiciləri özünə cəzb edir.  Əsər konsert salonunda səsləndiyi zaman dinləyiciləri valeh edib və alqışlarla qarşılanıb. 

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol