Kayahan ailəsinə başsağlığı

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan dünən dünyasını dəyişmiş məşhur müğənninin vəfatı ilə əlaqədar başsağlığı mesajı yayıb.
ANS PRESS-in məlumatına görə, müğənninin vəfatını təəssüflə qarşıladığını qeyd edən Ərdoğan onun əsərləri ilə yaşayacağını bildirib:
"Türk pop musiqisinin hörmətli siması, söz yazarı və bəstəkar Kayahanın vəfatını böyük təəssüf hissi ilə öyrəndim. Mahnıları və səsi ilə millətimizin könlündə müstəsna yerə sahib olan Kayahan türk pop musiqisinin inkişafında böyük rol oynayıb və dərin izlər qoyub. Əsərləri ilə yaşamağa davam edəcək mərhum sənətkar hər zaman hörmət və sevgi ilə yad ediləcək. Dəyərli sənətkarımız Kayahana Allahdan rəhmət arzulayır, ailəsinə, sevənlərinə və sənət dünyamıza başsağlığı verirəm”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















