Nizami Kino Mərkəzində təqdimat

Nizami Kino Mərkəzində "Ağır illər... Xoş xatirələr" filminin təqdimatı keçirilib.
APA-nın məlumatına görə, təqdimat mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, Qazaxıstanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak edib.
S. Məmmədəliyeva bildirib ki, filmdə bəhs edən hadisələr Azərbaycan və Qazaxıstanın tarixində mühüm mərhələ, ağrılı illərdir.
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə "Stüdyo-19" şirkətinin istehsal etdikləri "Ağır illər... Xoş xatirələr" sənədli filminin rejissoru xalq artisti Oqtay Mirqasımovdur.
Film sovet hakimiyyətinin repressiya illərində azərbaycanlıların Qazaxıstan çöllərinə sürgün olunmasından, onların burada bütün çətinliklərə tab gətirərək, qazax xalqı ilə qaynayıb-qarışıb həyatlarını davam etdirmələrindən bəhs edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















