“Qara bağ” və “İnikas” filmlərinin təqdimatı keçiriləcək

Mayın 8-də Nizami Kino Mərkəzində C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş, gənc rejissorlar Amil Məmiyevin "Qara bağ", Ayşad Səfərəliyevin isə "İnikas" qısametrajlı bədii filmlərinin təqdimatı keçiriləcək.
"Report" xəbər verir ki, filmlər Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin (VQİK) məzunu olan hər iki gəncin diplom işləri kimi istehsal edilib.
"Qara bağ" arzu ağacına bağlanan qara düyünlər mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Filmdə məcburi köçkünlərin hazırkı yaşayışı, Qarabağ həsrəti bir sıra metaforik simvollarla əks olunub.
"Qara bağ" filminin ssenari müəllifi Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfər və başqaları çəkilib.
"İnikas" bədii filmi SSRİ dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn mistik hadisədən bəhs edir. Babasının çardağından tapdığı köhnə fotoaparat ilə qarşısına çıxan hər şeyi çəkən Cavid şəkilləri aşkarlayanda onu nə gözlədiyini hələ bilmir.
Ekran əsərinin ssenari müəllifi Ayşad Səfərəliyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə Elşən Rüstəmov, Tofiq Əliyev, Nargilə Qəribova kimi aktyorlar çəkilib.
Qeyd edək ki, "İnikas" filmi IV "Qırğızıstan - Qısametrajlı Filmlər Ölkəsi" beynəlxalq film festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















