Smart yazı makinası satışa çıxır

"The Hemingwrite" - yeni, modern yazı maikanısıdır.
Retro görünüşü olsa da, ən müasir texnologiya ilə hazırlanıb, mexaniki klaviaturası, elektron kağız ekranı var. WI-FI siqnalı qəbul edir, USB portları var, Google Drive, Evernote, Dropbox xidmətləri göstərir.
Onun istehsalçısı Astrohaus bu ağıllı makinanı istehsal etmək üçün pulu "Kickstarter" səhifəsində yığıb.
Əvvəlcə həmin ideyalar bazarı səhifəsində belə bir makina buraxmaq fikri haqda yazıblar, bunu istehsal etmək üçün gərək olan məbləği göstəriblər. Nəticədə insanlar bu ideyanı bəyəniblər, yetərincə vəsait toplanıb.
2014-cü ilin oktyabrında istehsal olunmuş makinanın rəsmən qeydiyyatdan keçmiş adı "The Freewrite"-dır.
Satışa bu ay çıxacaq. Pulu köçürən ilk müştərilərin qapısına noyabr ayında çatdırılacaq.
Dükanlarda satışa çıxmazdan əvvəlki qiyməti 399 ABŞ dollarıdır. Sifarişlə satış özünü doğruldandan sonra qiymət 499 ABŞ dollarına qaldırılacaq.
Onun ağırlığı standart 14" notbuklarının çəkisi qədərdir. Yalnız bir rəngdə - qara rəngdə istehsal olunur.
Bu yeni cihaz indi dünyanın nüfuzlu ədəbiyyat jurnalları olan "London Review of Books" və "The Paris Review"-nun keçirdiyi "Read Everywhere" yay kampaniyasına sponsorluq edir.
Həmin jurnalları oxuyan yerdə çəkilmiş fotoşəklini göndərsən, qaliblər arasına düşmək şansın ola bilər. Qaliblərə bu yazı makinası hədiyyə verilir.
"The Freewrite" yazan adamların fikirlərinin kənar şeylərə yayınmaması üçün ekranında yalnız sözləri göstərir. Email yoxlamaq mümkün deyil. Yazıçını yolundan sapdıran İnternet xidmətləri yoxdur. /Azadliq.org
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















