Azərbaycanlı aktyor vəfat edib

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyoru Laçın Abbasov vəfat edib.
Bu barədə "Report"a teatrın baş rejissoru Mirbala Səlimli məlumat verib.
Onun sözlərinə görə, uzun müddətdir qara ciyər çatışmazlığından əziyyət çəkən aktyor 56 yaşında dünyasını dəyişib. L.Abbasov Şəkidə torpağa tapşırılıb.
S.Rəhman adına Şəki Dövlət Dram Teatrının kollektivi aktyorun ölümü ilə bağlı nekroloq yayıb.
Laçın Abbasov 1959-cu ildə Şəkidə anadan olub.
1980-ci ildən S.Rəhman adına Şəki Dövlət Dram Teatrında həvəskar aktyor kimi fəaliyyətə başlayıb. Fasiləsiz işlədiyi 35 il ərzində bir çox yaddaqalan obrazlar yaradıb.
Onlardan R.Əlizadənin "Dadaşbala əməliyyatı” komediyasında Maviməxluq, S.Vinnusun "Şah elə şahdır” tamaşasında – Şahbender, N.Hikmətin "Bayramın birinci günü” dramında – Əbdürrəhman, M.F.Axundovun "Mərdi-Xəsis Hacı Qara” komediyasında - Xəlil, Ə.Haqverdiyevin "Pəri cadu” dramında – Əcinnə, İ.Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı” faciəsində - Aktyor obrazlarını qeyd etmək olar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















