• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Milli Kino günüdür

Bu gün Milli Kino günüdür
02.08.2015 11:02
Bu gün Azərbaycan kinosunun 117 yaşı tamam olur. ANS PRESS-in məlumatına görə, Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra 1898-ci ildə fotoqraf Mişon Bakıda "Balaxanıda neft fontanı” və "Bibiheybət neft mədənində yanğın” adlı xronikal süjetləri lentə almaqla milli kinomatoqrafiyamızın əsasını qoydu. Bundan sonra onlarla film çəkildi. Onlar arasında ən yadda qalanı Üzeyir Hacıbəyovun "Arşın mal alan” operettası əsasında çəkilmiş ilk milli kinokomediya oldu. 

1920-ci ildən sonra isə Azərbaycanda sovet kinosu erası başladı. Həmin illərdə çəkilən "Ulduz”, "Şərikli cörək”, "Bizim Cəbiş müəllim” və digər filmlərin ideoloji xətti olsa da, onları bizə sevdirən milli ruhun, milli adət-ənənələrin özündə əks etdirmələridir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda çəkilən filmlərin sayında azalma baş verdi. Ötən əsrin sonunda çəkilən filmlər sırasında ən çox yadda qalanları isə Qarabağ münaqişəsindən bəhs edən "Özgə vaxt”, "Biz qayıdacağıq”, "Fəryad”, "Sarı gəlin”, "Lal çinar”, "Arxada qalmış gələcək” kimi kinolentlər oldu.

Son illərdə kino sahəsinə dövlət marağının artması tarixi-vətənpərvərlik mövzularında çəkilmiş nisbətən iribüdcəli "Cavad xan” və "Hökmdarın taleyi” kimi filmlərin meydana gəlməsinə kömək olub. Bu gün Azərbaycan kino tarixinin böyük bir hissəsinin bağlı olduğu 88 yaşlı Cəfər Cabbarlı adına "Azərbaycanfilm” Kinostudiyasının bir çox problemləri var. İstər avadanlıqların köhnə olması, istərsə də digər şəraitsizlikdən burada müasir standartlara uyğun filmlərin çəkilməsi qeyri-mümkündür. Kinostudiyadan fərqli olaraq Azərbaycan kino tarixini özündə qoruyub saxlayan Dövlət Film Fondunun imkanları genişdir. Burada 60 mindən çox qorunan saxlanma vahidinin tərkibinə hər bir filmin montajlanmış təsviri, pasportu, təkrar yazılışın maqnit orijinalı, fonoqramın neqativi, filmdən fotoşəkil və onların neqativləri və digər nadir eksponatlar saxlanılır. Amma burada da görüləsi işlər hələ çoxdur.

Bu gün Azərbaycanda filmlər dövlət sifarişilə yanaşı özəl şirkətlərin xəttilə də çəkilir. Belə özəl qurumlardan biri "BakıFilm” Kinostudiyasıdır. Mövcud olduğu 8 il ərzində "Bakı Film” Kinostudiyasında vətənpərvərlik və Qarabağ müharibəsindən bəhs edən "Qaydasız döyüş”, "Seçilən”, "Bulağıstan” bədii filmləri, "Qızlar serialı”, eləcə də "Yaddaş” filmi hazırlanıb. 

Bundan başqa "BakıFilm” kinostudiyasının çəkdiyi "Xoca” və "Qanlı Yanvar” filmləri dünyanın bir çox ölkəsində, habelə kino festivallarında nümayiş olunaraq tamaşaçıların rəğbətini qazanıb. 

Qeyd edək ki, 2001-ci ildən prezident Heydər Əliyevin sərəncamı ilə avqustun ikisi Azərbaycan Milli Kino günü kimi rəsmiləşdirilib.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol