Lala Ağayevanın "Xarı bülbül" kolleksiyasının təqdimatı - FOTOREPORTAJ

15:30 | 11.05.2016
Lala Ağayevanın

Lala Ağayevanın "Xarı bülbül" kolleksiyasının təqdimatı - FOTOREPORTAJ

Rüstəm Qasımov

Dünən "Port Baku Mall"da mebel və dekor elementləri mağazası  "CHELEBI Furniture and Decor"da rəssam və dizayner Lala Ağayevanın "LACO" brendi altında yeni geyim kolleksiyasının təqdimatı mərasimi keçirildi. 

Təqdimatın açılışı Qarabağ şikəstəsi kompozisiyası ilə başladı, eyni zamanda Şuşa və Qarabağ panoromalarını əks etdirən slayd-şou təqdim edildi. Təqdimat ərzində incəsənətin tarixin bir parçası olduğu vurğulanırdı. Həmçinin Azərbaycanın qərbində, Qarabağda Şuşa şəhərinin yerləşdiyi qeyd edilirdi. Şuşa hər bir azərbaycanlının qəlbidir. İnsan qəlbsiz necə yaşaya bilər? Xalq Şuşasız necə mövcud ola bilər? 

XX əsrdə Şuşa görünməmiş faciə ilə üzləşdi: Ermənistanın törətdiyi müharibə nəticəsində şəhər işğal olundu. Sakinlər doğma şəhərlərini tərk etmək məcburiyyətində qaldılar, saysız-hesabsız insan qurbana, məcburi köçkünə çevrildi. Şəhərin infrastrukturuna müharibə nəticəsində ciddi ziyan dəydi... Şuşa muzeyinin qiymətli eksponatları - rəsm və heykəllər, xalçalar, xalq dekoratv sənət nümunələri, arxeologiya nümunələri, çox vacib sənədlər, azərbaycanlı xadimlərin fəaliyyətini əks etdirən əşyalar və digər dəyərli əşyalar Ermənistana daşındı...

Lala Ağayeva ilə söhbət zamanı məlum oldu ki, o, təzəlikcə 20-22 may tarixlərində Moskvada keçiriləcək moda nümayişində Azərbaycanı təmsil etməyə dəvət olunub. "Dəvət Qarabağda baş veən toqquşmalar və bizim qəhrəmanlarımızın şəhid olduğu dövrə təsadüf edirdi. Mən öz vətənimə sevgimi və xalqımızla həmrəy olduğumuzu göstərmək istəyirdim! Bu ilhamdan da ortaya "Xarı bülbül" kolleksiyası ortaya çıxdı, kolleksiyanın məğzində Şuşanın ürəyi sayılan gözəl çiçək Xarı bülbül dayanır. Öz yeni kolleksiyamda mən hər bir iştirakçıya Azərbaycanın tarixi torpağına olan sevgimi, Qarabağda, Şuşada bitən bu zərif çiçəyə toxunmaq istəyimi göstərmək istəyirəm. Bu layihənin reallaşmasında göstərdikləri xidmətə görə "Bretz" Özcan Ataya, həmçinin "CHELEBI FurnitureandDecor" mağazasının rəhbərliyinə minnətdarlığımı bildirirəm", - Ağayeva bildirdi. 

Tədbirin aparıcısı çıxışında Xarı bülbüllə bağlı əfsanəyə aydınlıq gətirdi və qeyd etdi ki, bu çiçək dünyada ancaq Şuşa torpağında bitir. Öz formasıyla o, bülbülü xatırladır. Xar isə tikan deməkdir. Çiçəyin üç ləçəyi var, onlardan ikisi qanadları, biri isə bülbülün başını xatırladır. Xarı bülbül çox zərif çiçəkdir. 

İştirakçılar çıxışlarında bildirdilər ki, azərbaycanlılar bu çiçəyə həmişə çox həssaslıqla yanaşıblar. O Qarabağın, Şuşanın əsl simvoluna çevrilib. Və bu gün onu təsvirini Azərbaycan xalçalarında, musiqi kollektivlərində və hətta Azərbaycanın milli valyutası olan manatda rast gəlmək mümkündür. Ancaq çiçəyi artıq görmək mümkün deyil...
 
Təqdimat mərasiminə səbəbkarı təbrik etmək üçün çox sayda qonaq gəlmişdi. 

ANN.Az portalı "Xarı bülbül" kolleksiyasının siması olan şairə Zəhra Bədəlbəyli ilə söhbətləşməyə imkan tapdı, Zəhra xanım açıqlamasında bildirdi: "Bu tədbir hər zaman orijinal və maraqlı işləri  ilə seçilən istedadlı rəssam və dizayner Lala Ağayevanın ekskuliziv kolleksiyasının təqdimatına həsr olunub. Lala mənə kolleksiyanın siması olmağı təklif edəndə böyük məmnuniyyətlə razılaşdım, çünki mən hər zaman orijinal layihələri dəstəkləyirəm. Bu layihə bir tərəfdən moda industriyasına aiddir, digər tərəfdən bizdə bu sahə inamla inkişaf edir, həm də ki bu nümayiş vətənpərvər ruhuyla fərqlənir. İş burasındadır ki, bütün gənc nəsil nümayəndələri bilir ki, xarı bülbülün bir neçə növü Şuşata bitir və rəssam və dizeynerlər də onun təsvirindən öz işlərində tez-tez istifadə edirlər. Mənə xarı bülbül və Şuşa mövzusu çox əzizdir, çünki mən əslən bu şəhərdənəm, ən böyük arzularımdan biri torpağımızı görmək, onun erməni işğalçılarından təmizlənməsidir. Mən Lalaya uğurlar arzulayıram. Həm buradakı, həm də Moskvadakı dəb nümayişində".

Qeyd edək ki, tədbir zamanı təşkilatçılar xeyriyyəçilik məsələsini də unutmamışdılar. Tədbirdə Zəhra Bədəlbəylinin imzalı kitabı da satılırdı. Əldə olunan gəlir ağır skoliozdan əziyyət çəkən balaca Rüstəm Quliyevin müalicəsinə sərf olunacaq. 

Elmi, təhsili, maarif və mədəniyyəti təbliğ edən ANN.Az portalı paytaxtımızda baş tutan mədəniyyət hadisələrini işıqlandırmaqda davam edir. Bu dəfə oxucularımıza Lalə Ağayevanın geyim kolleksiyası təqdimatından fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 



















































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti