Lavrov postundan gedir?

09:30 | 21.05.2018
Lavrov postundan gedir?

Lavrov postundan gedir?

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəzi KİV-lərdə yayımlanan, xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun postunu tərk etmək üçün səbəblərinin əks olunduğu yazını "sifariş” adlandırıb. 

Anews.az xəbər verir ki, bununla bağlı o, "Rusiya 1” telekanalının efirində yayımlanan "Vladimir Solovyevlə bazar axşamı” proqramında deyib. 

"Bütün bunlar, əlbəttə ki, sifarişdir. Vətənin xarici siyasəti istər-istəməz ön mövqedə durur”, - o deyib. 

Bundan əvvəl "Facebook” sosial şəbəkəsində Zaxarova Rusiya XİN rəhbəri Sergey Lavrovun yeni hökumətdə bu postu tutmaqda perspektivləri ilə bağlı KİV-də dərc olunan məlumatların reytinqini yayımlamışdı. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb