"Bir daha qeyd edirəm ki, danışıqlar prosesinin tərkibinin müəyyən edilməsini tərəflər özü razılaşdırmalıdırlar. Bununla mübahisə etmək çətindir".
Anews.az APA-ya istinadən xəbər verir ki, bunu bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
"Hamıya aydındır ki, Dağlıq Qarabağ əhalisinin razılığı olmadan heç bir razılıq əldə etmək mümkün olmayacaq. Ermənistan tərəfi, sadəcə olaraq, bunu imzalamayacaq. Biz məhz bu mövqedən çıxış edirik. Ərazi bütövlüyü, öz müqəddəratını təyin etmək, istisnasız olaraq münaqişələrin sülh yolu ilə nizamlanması prinsipləri münaiqşə tərəfləri arasında müzakirə olunan sənədlərdə öz əksini tapıb. Bütün hallarda yekun qərarda bütün bu prinsiplər nəzərə alınmalıdır. Bu barədə nə İrəvan, nə də Bakı mübahisə edir. Bundan sonrakı məsələ isə diplomatiya incəsənətidir və kompromissə hazırlıqdır.
Biz həmsədrlər olaraq çalışırıq ki, kompromiss dürüst olsun və maraqların real və ədalətli balansını əks etdirsin", - deyə Rusiya XİN başçısı Dağlıq Qarabağın danışıqlar masasına qaytarılması ilə bağlı Ermənistanın təklifinə Moskvanın necə baxması ilə bağlı suala cavabında qeyd edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !