Lavrovu Yeravanda etiraz aksiyası ilə qarşılayacaqlar

13:59 | 20.04.2016
Lavrovu Yeravanda etiraz aksiyası ilə qarşılayacaqlar

Lavrovu Yeravanda etiraz aksiyası ilə qarşılayacaqlar

Ermənista səfər etməyə hazırlaşan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu Yeravanda etiraz aksiyası ilə qarşılayacaqlar.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, aprelin 21-də Yerevanda "Ləyaqət yürüşü" adlı aksiya keçiriləcək. Yürüş Respublika meydanından başlayıb Rusiyanın Ermənistandakı səfirliyinin binası qarşısında başa çatacaq. Aksiya iştirakçıları Rusiyadan "Qarabağdan əlini" çəkməsini tələb edəcəklər.

Qeyd edək ki, Rusiyanın XİN başçısı S.Lavrov aprelin 21-22-də Yerevanda səfərdə olacaq. Onun Azərbaycanın işğal altında olan torpaqlarındakı vəziyyəti, münaqişənin tənzimlənməsi yollarını müzakirə edəcəyi gözlənilir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb