Lənkəran MDB-nin populyar kurortlarının top beşliyində

14:05 | 31.08.2016
Lənkəran MDB-nin populyar kurortlarının top beşliyində

Lənkəran MDB-nin populyar kurortlarının top beşliyində

RoomGuru.ru hotel axtarışı servisi rusiyalıların MDB ölkələrində kurort istirahətinin nəticələrini açıqlayıb.

ANN.Az AZƏRTAC-a istinadən xəbər verir ki, reytinq 2016-cı ilin iyunun 1-dən avqustun 1-nə qədər hotel və apartamentlərin axtarışı və bronu üzrə tərtib edilib. 

MDB-nin populyar kurirtlarının top-5-də Lənkəran da yer alıb.  

RoomGuru.ru-nun məlumatına görə, rusiyalıların MDB ölkələrinə yay mövsümündə etdikləri səfərlərinin sayı keçən il ilə müqayisədə 10% artıb, yaşayış üçün isə turistlər orta hesabla bir günə 3,6 min rubl (55 dollar) xərcləyiblər. 

Lənkərana yay mövsümündə Sankt-Peterburq və Moskvadan turistlər orta hesabla bir həftəlik gəliblər. MDB ölkələri arasında populyar şəhərlər reytinqində liderlik Minskə məxsusdur. 

Rusiyalıların MDB şəhərləri arasında səfərlər üçün seçdikləri populyar on şəhər siyahısında Bakı da var.  

Qeyd edək ki, "World Travel Awards”ın məlumatına görə,  son üç ildə RoomGuru.ru (HotelsCombined) dünyada hotellər üzrə ən yaxşı axtarış servisidir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb