Lənkəranda İŞİD-ə qoşulan qadın haqda TƏFƏRRÜAT

12:35 | 10.01.2015
Lənkəranda İŞİD-ə qoşulan qadın haqda TƏFƏRRÜAT

Lənkəranda İŞİD-ə qoşulan qadın haqda TƏFƏRRÜAT

Lənkərandan İŞİD-ə qoşulan gəlin haqda yeni məlumat yayılıb.
 
Axar.az-a yerli mənbələrdən verilən xəbərdə bildirilir ki, bir neçə gün öncə Lənkəranın Şıxəkəran kəndindən olan iki uşaq anasının İŞİD-ə qoşulması və Suriyaya getməsinin səbəbi qardaşlarıdır.
 
İddiaya görə, həmin ana əslən lənkəranlı deyil, şimal bölgəsindəndir. Amma Lənkərandan olan şəxslə ailə həyatı qurub və Şıxəkəranda yaşayırmış.
 
Onun qardaşlarının vəhhabi olduğu bildirilir. Məhz vəhhabi qardaşlarının ideoloji təsiri altında olan gəlin 2 övladını da ataraq, onlara qoşulub və Suriyaya gedib.
 
Hadisəni eşidən həyat yoldaşı Rusiyada, işlədiyi Tümen vilayətindən qayıdıb və ailəsini axtarmağa cəhd göstərsə də, heç nəyə nail olmayıb.
 
Lənkəran polisi isə hansısa qadının itkin düşməsi ilə bağlı məlumat daxil olmadığını və buna görə də heç bir araşdırma aparılmadığını dedi.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM