Lənkəranın icra başçısı xəstəxanaya yerləşdirilib? - RƏSMİ AÇIQLAMA

12:05 | 23.12.2019
Lənkəranın icra başçısı xəstəxanaya yerləşdirilib? - RƏSMİ AÇIQLAMA

Lənkəranın icra başçısı xəstəxanaya yerləşdirilib? - RƏSMİ AÇIQLAMA

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun səhhəti ilə bağlı yayılan məlumatlar yalan və iftiradır.

Bu barədə Report-a Lənkəran Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, icra başçısı Taleh Qaraşov hazırda iş başındadır:"Bəzi saytlarda və xəbər portallarında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilməsi ilə bağlı yalan və əsassız xəbərlər dərc edilib.

Taleh Qaraşov öz iş fəaliyyətini normal şəkildə davam etdirir, heç bir xəstəlikdən də əziyyət çəkmir. Bu məlumat yalnız ictimaiyyətdə və oxucularda çaşqınlıq yaratmaqdan başqa bir şey deyil.

Odur ki, dəqiqləşdirlmədən icra başçısı haqqında böhtan xarakterli xəbərləri dərc edən saytlar dərhal təkzib verməli və xəbər yazarkən diqqətli olmadırlar”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb