Qaya parçaları hərəkəti məhdudlaşdırdı - UÇQUNDAN GÖRÜNTÜLƏR

12:16 | 12.10.2021
Qaya parçaları hərəkəti məhdudlaşdırdı - UÇQUNDAN GÖRÜNTÜLƏR

Qaya parçaları hərəkəti məhdudlaşdırdı - UÇQUNDAN GÖRÜNTÜLƏR

Bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu km-də qaya uçqunu hadisəsi baş verib.

Anews.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.

Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub. Hazırda yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi və hərəkətin bərpası üçün addımlar atılır.
 
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov da uçqunla bağlı məlumat verib.

O bildirib ki, yolda hərəkət hələlik birtərəfli qaydada bərpa olunub: 


"Bu gün Lerik-Qosmalian-Kəlvəz yolunun 12-ci kilometrliyində torpaq sürüşməsi baş vermişdi. Böyük həcmli torpaq kütləsinin və qaya parçalarının yola tökülməsi nəticəsində yolda hərəkət tam dayanmışdı. 52 saylı Yol İstismar İdarəsinin texnika və canlı qüvvəsinin köməyi ilə yolda hərəkət birtərəfli qaydada bərpa olunub. Bundan başqa son 20 gündə yağan intensiv yağışlar rayonun bir sıra ərazilərində onoloji problemlər yaradıb, sürüşmə zonalarında aktivləşmə yaranıb”,- deyə o bildirib.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb