LGBT fəalları məhkəməyə çıxarılır

13:51 | 18.05.2016
LGBT fəalları məhkəməyə çıxarılır

LGBT fəalları məhkəməyə çıxarılır


Mayın 20-də Tbilisidə gey hüquqları uğrunda mübarizə aparan fəallar məhkəməyə çıxarılacaq. Onlar vandalizm və polisə müqavimətdə ittiham olunur.

Fəallar mayın 16-da saxlanıblar, guya Tbilisidə inzibati binaların divarlarını homoseksualların simvolu olan göy qurşağının rənglərinə boyamaq istəyiblər.

Mayın 17-də hazırlıq iclasından sonra fəallar buraxılıb və məhkəmənin vaxtı təyin olunub.

LGBT fəalları elan etmişdilər ki, mayın 17-də Homofobiya ilə mübarizə günündə gey parad keçirməyəcəklər. Bunu hüquq-mühafizə orqanlarının təhlükəsizliklərinə təminat verməməsilə izah ediblər.

2013-cü ildə gey parad təşkil etmək istəyənlər antigey qruplarının üzvləri tərəfindən döyülmüşdü. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM