Liberlanda 160 min adam vətəndaşlıq üçün müraciət edib

21:27 | 24.04.2015
Liberlanda 160 min adam vətəndaşlıq üçün müraciət edib

Liberlanda 160 min adam vətəndaşlıq üçün müraciət edib


Çex Respublikası vətəndaşı Vit Yedliçkanın 10 gün əvvəl qurduğu Liberland adlı dövlətə artıq 160 min adamın vətəndaşlıq üçün müraciət etdiyi açıqlanıb.

ANN.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vit Yedliçka Liberlandı 7 kvadrat kilometrlik bir ərazidə yaradıb. 13 Apreldə qurulan Liberlandın rəsmi şüarı "Yaşa və digərlərinin yaşamasına icazə ver"dir. 

Hələ dövlət başçısı deyil

liberland.org adlı saytda ölkə haqqında olduqca geniş məlumatlar var və vətəndaşlığa qəbul olunmaq  istəyənlər də bu sayta müraciət edə bilərlər. Artıq yarandığı gündən bu günə qədər 160 min adam Liberland vətəndaşı olmaq üçün müraciət edib. Vətəndaşlıq üçün müraciət edənlərin hamısının müraciətlərinə baxılacağı bildirilib.

Qeyd edək ki, Xorvatiya ilə Serbiya  arasında yerləşən ''tərəfsiz bölgə'' adlandırılan Liberlandın rəhbəri  Yedliçka dövlət başçısı qismində hələ rəsmən tanınmayıb.
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb