Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 59 nəfər artaraq 358-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 5495 nəfər müayinə olunub.
Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !