Ölkəmizdə neft hasilatı nə qədər azalıb?

18:00 | 15.05.2017
Ölkəmizdə neft hasilatı nə qədər azalıb?

Ölkəmizdə neft hasilatı nə qədər azalıb?

2017-ci ilin yanvar-aprel aylarında ölkə sənayesində 12,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6% az sənaye məhsulu istehsal edilib.

anews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,8% artıb, neft sektorunda isə 7,5% azalıb.

Mədənçıxarma sektorunda neft hasilatı 9,5%, əmtəəlik qaz hasilatı isə 0,2%-ə düşüb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,2%  azalıb. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM