London birjası: "Azərbaycan regionun maliyyə mərkəzi ola bilər"

15:50 | 02.06.2015
London birjası:

London birjası: "Azərbaycan regionun maliyyə mərkəzi ola bilər"

London Fond Birjası Azərbaycanı regional maliyyə mərkəzi kimi görmək istəyir.

"Trend"-in məlumatına görə, bunu birjanın səhmlərin ilkin bazarı üzrə baş meneceri Ayuna Neçayeva Bakıda keçirilən Maliyyə Bazarları üzrə Forumda deyib.

Onun sözlərinə görə, Azərbaycanın əlverişli və strateji coğrafi mövqeyi var.

A.Neçayeva qeyd edib ki, London Fond Birjası Azərbaycanı bütün Xəzər regionunun maliyyə mərkəzi kimi görmək istəyir: "Azərbaycan bu baxımdan Türkiyə ilə rəqabət apara bilər".

O, əlavə edib ki, infrastruktur baxımından Azərbaycanın üstünlüyü var: "Çünki ölkənin böyük potensialı var. Azərbaycan qısa müddət ərzində irimiqyaslı layihələr reallaşdıra bilib".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb