Londonda iğtişaşlar

09:29 | 10.05.2015
Londonda iğtişaşlar

Londonda iğtişaşlar

Britaniyada konservantların lideri Devid Kameronun yenidən baş nazir postuna seçilməsi rəqiblərini qəzəbləndirib.

ANS PRESS-in məlumatına görə, seçkilərin nəticəsi ilə razılaşmayan ingilislər 9 mayda London küçələrinə axışıblar.

Polislə yaranan iğtişaşlar nəticəsində 2 polis yüngül zədələnib. Etirazlar dağıdılarkən 4 fəal həbs edilib. 

Qeyd edək ki, 6 aylıq siyasi kampaniyadan sonra Britaniyada yeni hökumət işə başlayacaq. Ümumi seçkilərdə qalib gəlmiş və parlament çoxluğu əldə etmiş Mühafizəkarlar Partiyasının lideri Devid Kameron baş nazir kimi ikinci müddətinə qədəm qoyur.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM