"Qafqazinfo” xəbər verir ki, həmin gün Arslanbucaq məhəlləsində bir nəfər öldürülmüş, bir gənc isə yaralanmışdı.
Məlumata görə, onlar villalarına yaxınlaşan zaman naməlum şəxslər "Giya” və mühafizəçisini atəşə tutublar. Başından vurulan Qayoz Zviadadze yerindəcə ölüb. 27 yaşlı mühafizəçi isə ayağından yaralanıb.
Polislər izləri təqib edərək onların yerini müəyyənləşdirib. Keçirilən əməliyyat nəticəsində rus, gürcü və erməni əsilli olduğu bildirilən 6 nəfər – A.Ruslan (54), G.David (55), P.Giqa (27), K.David (32), M.Akaki (32) və J.Arman saxlanılıb.
Cinayətin Rusiyanın Rostov vilayətinə nəzarət uğrunda baş verdiyi bildirilir. Ehtimallara görə, Giyanın qətli onun ən böyük rəqibi Nodar Rustavski kimi tanınan Nodar Asoyan tərəfindən sifariş edilib. Məlumata görə, Giya 4 ay öncə Nodar qarşısında güc toplamaq məqsədilə Türkiyəyə gəlib və bu istiqamətdə gizli fəaliyyət görməyə başlayıb. Onun Türkiyədə ən böyük dəstəkçisi isə "Lotu Quli” olub. Hətta yanvarda keçirilən oğru yığıncağını (sxodka) da məhz onun idarə edib.
Məlumat üçün bildirək ki, 60 yaşlı Qayoz Zviadadze Gürcüstanın Kutaisi şəhərində doğulub. Onu Rusiyada Giya Kuaiski kimi də tanıyırlar. İlk dəfə 20 yaşında həbsxanaya girən kriminal avtoritet ömrünün 21 ilini həbsxanada keçirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !