Luçesku üzr istədi

15:50 | 01.10.2014
Luçesku üzr istədi

Luçesku üzr istədi

"Şaxtyor"un baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasının qrup mərhələsində dünən "Portu" ilə matçdan sonra keçirilən mətbuat konfransını yarımçıq tərk edib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Donetsk təmsilçisinin sözügedən qarşılaşmada 2:0 hesabı ilə öndə olmasına baxmayaraq, bu üstünlüyü görüşün son dəqiqələrində əldən verməsinə təcrübəli mütəxəssis əsəbiləşib.M.Luçesku mətbuat konfransında sadəcə bunları deməklə kifayətlənib:"Məyus olduğumu demək istəmirəm. Çox danışmaq fikrim yoxdur. Hər kəs qarşılaşmanın 2:0 hesabı ilə bitəcəyini gözləyirdi. Ancaq son dəqiqələrdə iki qol buraxdıq və qələbəni əldən verdik”.Bundan sonra M.Luçesku jurnalistlərlər üzr istəyərək mətbuat konfransının keçirildiyi zalı tərk edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb