“Luqansk Xalq Respublikası”nın rəhbəri istefa verib

15:57 | 14.08.2014
“Luqansk Xalq Respublikası”nın rəhbəri istefa verib

“Luqansk Xalq Respublikası”nın rəhbəri istefa verib

Ukraynanın Luqansk vilayətinin bir hissəsinə nəzarət edən separatçıların yaratdığı qondarma “Luqansk Xalq Respublikası”nın rəhbəri Valeri Bolotov istefa verib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, V. Bolotov müvəqqəti olaraq öz vəzifəsini tərk etdiyini açıqlayıb: “Mən Luqansk Xalq Respublikasının rəhbəri vəzifəsindən müvəqqəti getmək qərarına gəlmişəm. Aldığım yara tam gücümlə işləməyimə imkan vermir”. V. Bolotov cəbhəni tərk etməyəcəyini də əlavə edib. Qeyd edək ki, V. Bolotov bu ilin mayı ayında güllə yarası alıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb