Macarıstanlı mer miqrantları hədələdi

12:28 | 18.09.2015
Macarıstanlı mer miqrantları hədələdi

Macarıstanlı mer miqrantları hədələdi


Qanunsuz miqrantlara qarşı sərt mövqe sərgiləməklə seçilən Macarıstanda bu əsnada növbəti qalmaqal yaşanıb.
 
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin Avstriya ilə sərhəddə yerləşən Aşotxalom şəhərinin meri Laslo Toroskay suriyalı miqrantlara videomüraciət ünvanlayıb. Hakimiyyətdəki millətçi "Yobbik” partiyasının dəstəklədiyi mer videoçarxın giriş hissəsində qanuni əsasla ölkəyə gələn miqrantlara xoş münasibət sərgiləyəcəklərindən danışır. Daha sonra isə Toroskay sərhədlərin möhkəmləndirilməsindən və ordu qüvvələrindən gücündən söhbət açır. Bu yerdə Laslo Toroskayın çıxış kəsilir və epik musiqi sədaları altında Macarıstan sərhədlərini qoruyan polis və hərbçilərin görüntüsü verilir.

Videoçarxın son kadrlarında Aşotxalom şəhərinin meri "Google” xəritəsi vasitəsilə Avropaya getməyin ən rahat marşrutlarını deyir. O, Almaniyaya getmək üçün Xorvatiya marşrutundan istifadə etməyi məsləhət görür.

"Macarıstan pis seçimdir. Aşotxolm isə daha pis”.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb