Madam Tüsso - mumdan fiqurlar muzeyinə ekskusiya - REPORTAJ

19:31 | 20.07.2015
Madam Tüsso - mumdan fiqurlar muzeyinə ekskusiya - REPORTAJ

Madam Tüsso - mumdan fiqurlar muzeyinə ekskusiya - REPORTAJ

Rüstəm Qasımov

Böyük Britaniyanın paytaxtı Londonda heyratamiz dərəcədə maraqlı məkanlar var; qalereyalar, muzeylər, əyləncə mərkəzləri, hətta futbol stadionları hər il saysız-hesabsız turist qəbul edir. Ancaq belə məkanlar arasında bir yer var ki, xüsusilə böyük populyarlığa malikdir. Ziyarətçilər uzun növbələrdə dayanmaqdan utanmır, bahalı bilet almağa heyfislənmirlər. 

Dünyanın bir çox ölkələrindən kütləvi turist axını olan məkanlardan biri Londonda mum heykəllərin sərgiləndiyi Madam Tüsso muzeyidir. Yeri gəlmişkən, qeyd edək ki, Madam Tüssonun dünyanın 20 şəhərində filialları var. 

Muzeyi tapmaq elə də çətin deyil, əsası 200 il əvvəl heykəltaraş Mariya Tüsso tərəfindən qoyulan muzey Londonun Marilebon rayonunda yerləşir. Siz Beyker Strit metro stansiyasına girib, 5 dəqiqəyə muzeyə çata bilərsiniz. Bundan başqa, Madam Tüsso muzeyini üzərindəki nəhəng yaşıl günbəzdən tanıya bilərsiniz. 
 



Yetkin adam üçün muzeyə giriş bileti 50 manatdan yuxarıdır. Ancaq ziyarətçilər bahalı qiymətə baxmayaraq, tez gəlib, növbədə yer tutmağa çalışırlar. Ailələrə, tələbələrə, uşaqlara və əlillərə güzəşt edilir. 
 




Hər şeyin necə baş verdiyini bilmək üçün indi biraz tarixə baş vuraq. 

Qızlıq soyadı Qrosholts olan Madam Tüsso (1761-1850) Strasburq şəhərində doğulub, onun anası mum modelləriylə məşğul olan doktor Filip Kertisin evində təsərüffat müdirəsi idi. Kertis Madam Tüssoya mumla işləmək sənətini öyrətmişdi. 1765-ci o, XV Lüdovikin məşuqəsi Mari Janna Dübarinin mumdan fiqurunu düzəltmişdi. 

1777-ci ildə isə Mariya Tüsso özünün ilk, Volterin mum fiqurunu düzəltdi, ondan sonra isə o, Jan-Jak Russonun və Benjamin Franklinin fiduqlarını düzəltmişdi. Fransa inqilabı zamanı isə o, kral ailəsi üzvlərinin ölümündən sonra maskalarını düzəltmişdi. 

Filip Kertis 1794-cü ildə vəfat etdi, onun kolleksiyaları isə Mariya Tüssoya qaldı. Bir ara həbsxanaya salınanda, Mariya Tüsso kəsilmiş insan başlarının sürətlərini düzəltməklə həm əylənir, həm də ustalığını artırırdı. 1802-ci ildə Mariya Tüsso Londona gəldi. İngilis-Fransız müharibəsiylə əlaqədar olaraq, Mariya Tüsso kolleksiyalarıyla Parisə qayıda bilmir və məcburiyyətdən Böyük Britaniya və İrlandiyada səyahətlər edir. 1835-ci ildə Londonun Beyker Strit küçəsində ilk daimi sərgisini keçirməyə müvəffəq olur. 1884-cü ildə isə kolleksiya yeni ünvanda, Merilebon-rouda köçür. 1925-ci il yanğınında baş verən yanğında çox sayda fiqurlar zədələnir. Ancaq formalara çox ziyan dəymir, onları rekonstrukisiya eləmək olur. 

Muzeyə daxil olanda, siz mütləq yuxarı qalxmalı, ekskurisyaya başlamaq üçün bilet almalısınız. Qeyd etmək istəyirəm ki, növbəti hərəkət də yuxarı mərtəbədən başlayır, sonra isə siz otaqdan otağa keçirsiz. İlk otaqda siz şou-biznes dünyasının ulduzları və dünyaca məşhur şəxslərin fiqurlarıyla qarşılaşacaqsız. İlk hissə hind aktyorlarına həsr olunub. 
 




Fiqurlar o qədər həqiqi görünür ki, mən bu oğlanı əvvəlcə real adam hesab etmişdim. 

Ziyarətçilərin ən çox diqqətini çəkən və cəlb edən Cennifer Lopes kimi dünyaca məşhur ulduzların mum heykəlləridir. 
 


Bred Pitt və Ancelonia Colinin fiqurları çoxsaylı fotosessiyalara tuş gəlir. 
 


Muzeydə ziyarətçilərin ən çox diqqətini cəlb edən fiqurlardan biri Aralıq dənizinin məşhur dəniz qulduru Sərçə Cek kimi də tanınan aktyor Conni Deppin fiqurudur. 
 


Digər zalda isə dünyaca məşhur idmançıların, deyərdim, hətta əfsanə adını almış şəxsiyyətlərin fiqurları var. 
 


Madam Tüsso muzeyindəki ən gözəl mum fiqurlardan biri şahzadə Diananın fiqurudur. Nüfuzedici baxışları olan ledi Di möhtəşəm yaşıl əlbisədədir və sanki canlıdır. 
 
 

Kral ailəsinin üzvlərinin mum fiqurlarıyla şəkil çəkdirmək istəsəniz, peşəkar fotoqrafların xidmətindən yararlana bilərsiniz, səyahətinizin sonunda isə çəkdirdiyiniz fotoların haqqını ödəyə bilərsiniz. Ancaq əgər şəkil almaq istəməsəniz, heç kim sizi məcbur etmir, öz telefonunuzun foto funksiyasından yararlanıb, şəkillər çəkdirə bilərsiniz, elə mən də belə elədim. 
 


Əfsanəvi ingilis rok qrupu "Bitlz”ın adını çəkməmək olmaz, onların mum fiqurları divanın üzərində oturublar. 
 


Britaniyalı dövlət və siyasi xadimi, 1940-45, 1951-1955-ci illərdə Böyük Britaniyanın baş naziri işləmiş, hərbçi, jurnalist, yazıçı, Britaniya Akademiyasının fəxri üzvü, nobel mükafatçısı ser Uinston Çörçil üçün muzeydə ayrıca stend mövcuddur. 
 
 

Mənimçün xüsusilə tarixdə böyük iz buraxmış, böyük irs qoyub getmiş şəxsiyyətlər xüsusilə maraqlıydı. Onlardan biri osmanlı və türk refarmatoru, siyasətçi, dövlət xadimi və hərbi komandan, Türkiyə cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk idi. Mumdan heykəlləri olan tarixi şəxsiyyətlərə misal kimi Dalay Lamanı, Nelson Mandelanı, Martin Lüter Kinqi də göstərmək olar. 
 


Madam Tüsso muzeyi adrenalin və kəskin təəssüratları sevənlər üçün də ayrıca otaq təşkil edib, bu, qorxular otağıdır. Elə girişdəcə sizi edam olunmuş və işgəncəyə məruz qalmış məzlumlar gözləyir. 
 




Bu otaqda səyahətiniz zamanı həşəratların səsi və çürüyən insan bədəninin qoxusu sizi müşayiət edir. Burada ölüm anında böyük işgəncələrə məruz qalmış insanların sanki canlıymış kimi görünən mum heykəllərini görmək mümkündür. 

Burada Böyük Fransa İnqilabının qatillərini və məşhur cinayətkarlarını da görmək olar.
 
Ekskursiyanın sonunda sizə ulduz müharibələrinin və digər fantastik filmlərin qəhrəmanlarıyla şəkil çəkdirmək təklif edilir. 
 



Bununla da, bizim Madam Tüsso muzeyindəki ekskursiyamız başa çatdı. Dünyanın ən məşhur muzeylərindən birini ziyarət etmək və gözəl təəssüratlar almaq cəmi 1.5-2 saat vaxtı alır. Muzeydən çıxış suvenir mağazasının içindəndir, siz ürəyinizcə olan istənilən növ suveniri buradan ala bilərsiniz. 
 






















































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb