Evinə bənzəyən adam - FOTOLAR

09:24 | 05.11.2015
Evinə bənzəyən adam  - FOTOLAR

Evinə bənzəyən adam - FOTOLAR

İçəri şəhərin "Kiçik Qala” adlanan bu küçəsindən dəfələrlə keçmişəm və orada gördüyüm bu evin görkəminə hər dəfə heyran qalmışam. İndi özümə qəribə gəlir ki, nə üçün bu vaxta qədər bu gözəlliyi fotoaparatımın yaddaşına köçürməmişəm. 

Amma deyəsən, bu evə heyran qalan təkcə mən deyiləm. Qapının önündə dayanıb ona tamaşa edən xarici turistlər mənzərəyə tamaşa etdikcə, öz dillərində bir-biriləri ilə söhbət edirlər. Simalarında gördüyüm məmnun ifadədən, təbəssümdən düşündüklərini hiss etmək olur. Bələdçiləri olan qadın tərcüməçi evin qapısını dəfələrlə döyməsinə baxmayaraq qapıya çıxan olmadı. Elə bu zaman oradan keçən oğlan "Əli müəllim evdə yoxdur, amma tezliklə gələcək” –deyərək yoluna davam elədi. 

Turistlər də, mən də Əli Şəmsini – bu istedadlı rəssamı, onu digər əsərlərini görə bilmədiyimiz üçün məyus olduq, amma içəri girə bilməsək də qapıda, onun kənarlarında təsvir olunan mənzərə Əli müəllimin necə bir sənətkar olduğunu göstərirdi. 

Bu dəfə fürsəti əldən qaçırmayıb gördüklərimiz oxucularımızla bölüşmək istədim, buyurun, baxın.

Fərqanə Novruzova
Fotolar müəllifindir










































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM