Magistraturaya hazırlaşanların nəzərinə: imtahan vaxtı dəyişdi

11:54 | 06.01.2015
Magistraturaya hazırlaşanların nəzərinə: imtahan vaxtı dəyişdi

Magistraturaya hazırlaşanların nəzərinə: imtahan vaxtı dəyişdi

Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Azərbaycanda ali məktəblərin magistratura pilləsinə keçiriləcək qəbul imtahanlarının tarixi dəyişdiriləcək.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Әliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il magistraturaya qəbul imtahanının birinci mərhələsi martın əvvəlində keçirilmişdi. Bu il isə həmin imtahanın fevralın sonunda keçirilməsi nəzərdə tutulur. Ötən il qəbul imtahanının ikinci mərhələsi üzrə imtahan mayın sonunda baş tutmuşdu. Bu il isə həmin imtahanların aprelin sonu, mayın əvvəlində keçirilməsi planlaşdırılır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb