Mahmud Abbas Netanyahunun əlini sıxdı - FOTO

11:23 | 30.09.2016
Mahmud Abbas Netanyahunun əlini sıxdı - FOTO

Mahmud Abbas Netanyahunun əlini sıxdı - FOTO

İsrailin baş naziri Binyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbas eks-prezident Şimon Peresin dəfn mərasimində görüşüb, bir-birilərinin əlini sıxıblar.

AzVision.az "Jerusalim Post”-a istinadən xəbər verir ki, liderlərin bu jesti dünya mətbuatı tərəfindən maraqla qarşılanıb. 

Mahmud Abbası dəfn mərasimində yüksək vəzifəli məmurlar müşayiət edir. 

Xatırladaq ki, çərşənbə günü Abbas Peresin ailəsinə başsağlığı məktubu göndərib. 
 


Qeyd edək ki, dəfində ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Fransua Olland, Kanada baş naziri Ceysin Tryudo və digər rəsmilər də iştirak edir. Barak Obamanın mərasimdə xüsusi nitqlə çıxış edəcəyi gözlənilir. 

Azərbaycanı Peresin dəfnində Baş nazirin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. 

Qeyd edək ki, Ş. Peres sentyabrın 28-də 94 yaşında vəfat edib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb