Makedoniya liderlərinə sanksiya qoyula bilər

19:25 | 22.04.2016
Makedoniya liderlərinə sanksiya qoyula bilər

Makedoniya liderlərinə sanksiya qoyula bilər

Avropa Birliyi Makedoniya liderlərinə sanksiya qoymaq məsələsini nəzərdən keçirir. Səbəb hakim siniflə bağlı korrupsiya iddialarının araşdırılmasından imtina, onlara amnistiya verilməsidir. Bu məlumat aprelin 21-də yayılıb.

AB-nin vasitəçiliyi ilə ötən iyunda əldə olunmuş razılaşmaya görə, Makedoniya şübhəli cinayətlərin araşdırılmasından ötrü xüsusi təhqiqatçı təyin etməliydi. Ölkənin əsas müxalifət partiyası seçki saxtakarlığı və digər şübhəli cinayətləri üzə çıxaran telefon söhbətlərini yaymışdı. Ancaq Prezident Gjorge Ivanov 56 rəsmini əfv etdi ki, bu da ölkədə etirazlara səbəb oldu.

Financial Times, Wall Street Journal və Reuters aprelin 21-də yazıb ki, AB bəzi siyasətçilərə səyahət qadağası qoymağı, bank hesablarını dondurmağı nəzərdən keçirir.(Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM