Makrondan Qarabağ açıqlaması

22:30 | 18.12.2018
Makrondan Qarabağ açıqlaması

Makrondan Qarabağ açıqlaması

"Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, ədalətli və uzun müddətli tənzimlənməsində səylərini davam etdirəcəyinə əmin ola bilərsiniz".

Məlumata görə, bunu Fransa Prezidenti Emmanuel Makron Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyana göndərdiyi təbrik məktubunda bildirib.

E.Makron N.Paşinyanı dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkilərində rəhbərlik etdiyi siyasi blokun qələbə qazanması münasibətilə təbrik edib.

Fransa Prezidenti Ermənistana yardımı davam etdirəcəklərini də bildirib.

Qeyd edək ki, dekabrın 9-da Ermənistan parlamentinə növbədənkənar seçkilər keçirilib./Report/

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb