Malala-dan xəbərdarlıq

22:17 | 16.12.2015
Malala-dan xəbərdarlıq

Malala-dan xəbərdarlıq

Pakistanlı Nobel mükafatı laureatı Malala Yousafzai dekabrın 15-də xəbərdarlıq edib ki, siyasətçilər bütün müsəlmanları tənqid edərkən daha çox ekstremist hücumları təşviq etmiş olurlar.  

Malala İngiltərədə, Pakistanda bir il öncə məktəbə hücumun anım mərasimindən sonra danışıb. Həmin hücumda 134 məktəbli öldürülmüşdü.

Malala ABŞ-da prezidentliyə respublikaçı namizəd Donald Trump-ın müsəlmanların ABŞ-a buraxılmasına qadağa qoymaq təklifini pisləyib:

"Nifrətlə, digərlərinə qarşı ayrı-seçkilik ideologiyası ilə yüklənmiş belə fikirlər eşitmək çox faciəvidir”, o, Frans Press agentliyinə deyib. "İslam və bütün müsəlmanlara qarşı daha çox danışdıqca, daha artıq terrorçular yaratmış oluruq”, Malala Channel 4 News-a müsahibəsində söyləyib.

Malala-nın fikrincə, siyasətçilər, media dediklərini ehtiyatla götür-qoy etməlidir. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb