Manat bir ayda nə qədər ucuzlaşıb?

13:51 | 03.02.2017
Manat bir ayda nə qədər ucuzlaşıb?

Manat bir ayda nə qədər ucuzlaşıb?

Azərbaycan Mərkəzi Bank yanvarda "tam üzən məzənnə”yə keçidini elan edib.

ANN.Az Banker.az-a istinadən xəbər verir ki, keçirilən son 9 valyuta həracında manat üçün ucuzlaşma ilə yadda qalıb. Hətta ötən ayın ortalarından sonra artım daha da yüksək tempdə davam edib.

Banker.az-ın araşdırmasına görə, yanvarın 5-də ilk hərracda dollar/manat cütlüyü 1,7707 səviyyəsində müəyyən olunsa da, ayın son günündə bu rəqəm 1,9165 olub. Bu isə manatın 30 gün ərzində dollara qarşı 8,23% zəifləməsi deməkdir.

Lakin yerli analitiklərdən biri dolların manata qarşı gələn aylarda 10% ucuzlaşaraq 1,80 olacağı qənaətindədir. Buna səbəb kimi, neft qiyməti, yeni ABŞ prezidentinin qərarları ilə bağlı qlobal bazarda dollara təsirini əsas gətirmişdilər. 

Əlavə olaraq, ekspertlərin fikrincə, rəsmi məzənnənin 2017-ci ildə 1,80-2,00 AZN/USD diapazonunda qalacağı ehtimal olunur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb